Тёмный

Onun adını siyahıdan çıxarıb Mübariz Tağıyevi irəli çəkdilər, küsüb Azərbaycandan birdəfəlik getdi 

1000 Production
Подписаться 153 тыс.
Просмотров 90 тыс.
50% 1

Xoşbəxtlik vəd edən nəğmələr oxuyurdu. Azərbaycandan birdəfəlik getməsinə müxtəlif səbəblər gətirilsə də, yəqin ki, onun bu yerlərdən birdəfəlik getməsi elə məhz gümüşü nəğmələr oxuyan qəlbinin hər gün bir az da qaralan şəhərdə dözə bilməməsi oldu. Biri var idi, ölkədən küsən, qürbətdə basdırılmağını vəsiyyət edən Rəşid Behbudovun bacısı oğlu müğənni Cəfər Behbudov
Cəfər Ağaəli oğlu Behbudov 17 avqust 1951-ci ildı Bakı şəhərində teatr rejissoru Ağaəli Məstanov və aktrisa Nəcibə Behbudovanın ailəsində anadan olub. Onlar ailədə iki uşaq olublar. Bacısı Firuzə və Cəfər.
Lakin, sonralar onun valideynləri ayrılır. Onların ailəsinin dağılmasına səbəb isə Cəfərin atasının Nəcibə xanıma etdiyi saysız-hesabsız xəyanətlər olub. Onlar rəsmən boşandıqdan sonra Nəcibə xanım Cəfəri atasının soyadından çıxararaq öz soyadına keçirir.
Cəfər Behbudov Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. O, 70-ci illərin sonlarında Tofiq Babayevin rəhbərlik etdiyi "Hicaz" qrupunun, ardınca Azərbaycan Dövlət Mahnı Teatrının solisti, daha sonra isə Brilliant Dadaşova, Mübariz Tağıyev, Firəngiz Rəhimbəyova ilə birlikdə Azərbaycan Televiziyasının ştatlı solisti olub.
Cəfər Behbudov iki dəfə evli olub. Onun Viktoriya və Səidə adlı qızları var. Rəşid bəyin ikinci evliliyi özündən yaşca çox böyük xanımla olub.
Cəfər Behbudova ən böyük uğuru 1980-ci ildə ifa etdiyi Tofiq Quliyevin "Zibeydə" mahnısı gətirir. Bundan başqa "Bəyin oğurlanması" filmində kino işçilərinin axşam vaxtı istirahət etdikləri zaman səsləndirilən mahnını da o ifa edir.
Cəfər Behbudov, Xalq artisti Rəşid Behbudovun bacısı oğlu olub. Nəcibə xanımın Rəşid Behbudovdan bir neçə dəfə xahiş etməsinə baxmayaraq xanəndə bacısı oğluna heç bir köməklik göstərmir. Bunu isə onun Cəfəri qısqanması ilə əlaqələndirirlər.
Məşhurluğunun ən yuxarı pilləsində olarkən gənc müğənni ölkəni birdəfəlik tərk edərək taleyini Ukrayna ilə bağlayır. Onun Bakıdan getməsinə isə bəzi adamlar səbəb olur. Müğənni müsahibələrinin birində bu haqda deyir:
“Nə deyim, necə danışım... İndi mənə qalan ancaq şəkillərdir. Baxıram və təəssüflənirəm ki, hər şey keçmişdə qaldı. Əslində mən Bakıdan yox, bəzi-bəzi adamlardan küsüb getmişəm. Çoxları elə bilir fəxr ad vermədilər, ona görə çıxıb getdim, amma elə deyil. Əslində, o vaxt mənə fəxri ad vermək istəyirdilər. Adım siyahıda var idi. Sonra Mübariz Tağıyevin adını ora saldılar. Bakıda yaşayanda Azərbaycan Televiziyasının solisti idim. Bir dəfə işə gələndə adımı ixtisara düşənlərin siyahısında gördüm. Getdim kadrlar idarəsinə, dedilər, təzə sədr gəlib, onunla danış. Təzə sədri də tanımırdım, gedib nə danışacaqdım? Adımı da işdən çıxarılanların siyahısına salmışdılar, sağ olsunlar, çox sağ olsunlar, vəssalam. Polad Bülbüloğlu o vaxt mədəniyyət naziri idi, getdim onun yanına. Dedim, Polad, vəziyyətim belədir, işsiz qalmışam. Dedi, bir az gözlə. Bir il gözlədim. Həmin ərəfələrdə tez-tez Ukraynaya gəlirdim, yaxşı dostlarım var idi. Gözlədim, gözlədim, gördüm, heç nə çıxmır. Ondan qabaq da dayım Rəşid Behbudovun Mahnı Teatrında oxuyurdum. Birdən-birə hər şey dağıldı. Konsert olmalı idi, dayım oxuyacaqdı. Rəhmətə gedəndən sonra dedilər, onun yerinə oxuya bilərsən? Dedim, əlbəttə, oxuyaram. Açılış oldu, oxudum. Sonra başa düşdüm ki, heç kimə lazım deyiləm, çıxıb getdim. Buna baxmayaraq mən heç kimi özümə düşmən bilmirəm. Rəşidin düşmənləri var idi, onunla bacarmadılar, mənim üstümə düşdülər. Qoy hamının yadında necə qalmışamsa, elə də xatırlanım. Təəssüf ki, mən imkanlarımın 50 faizini reallaşdıra bilmədim. Bacarığımın cəmi yarısını qoya bildim sənətə. Çətinliklər, maneələr çox oldu mənə”.
Müğənninin ifaları arasında Eldar Mansurovun bəstələri geniş yer tutur.
Kiyev kənarında şəxsi mənzilində yaşayan müğənni uzun illər Ukraynada fəaliyyət göstərən restoranlarda oxuyub pul qazanır. Ömrünün son illərində isə özünə qapanır, mətbuata müsahibələr verməkdən imtina edir, yaxın qohumları ilə belə əlaqələrini minimuma endirir.
Azərbaycanı tərk edəndən sonra anası həmişə onun geri qayıtmasını istəsə də, buna nail ola bilməyib. O, hər gün oğlunun divardakı şəklinə baxaraq onun nə zamansa geri qayıdacağına ümid edib. Və ömrünün sonuna kimi, ölənə qədər oğlunun yolunu gözləyib.
Müğənninin ən yaxın dostlarından biri də bəstəkar Eldar Mansurov olur. Gənclik illərində bəstəkar gənc dostuna xeyli köməkliklər edir. O, Ukraynaya köçəndən sonra da onunla bir neçə dəfə görüşür, Azərbaycana qayıtmasına cəhd edir. Lakin, müğənni hətta bəstəkarın onun üçün nəzərdə tutulmuş son bəstələrinə ifa etdiyi mahnıların efirə getməsini istəmir. “Nəyə lazımdır axı? Zaman keçib, hər şey arxada qalıb” sözlərini deyir.
Müğənni sonuncu dəfə Bakıya 1999-cu ildə anasını itirən zaman gəlib. Bundan sonra yaxınlarının və doğmalarının heç biri ilə görüşməyib. Anasının məzarını isə internet vasitəsi ilə ziyarət edir.
Cəfər Behbudov ömrünün sonlarına yaxın xərçəng xəstəliyinə tutulur. O, 26 sentyabr 2019-cu ildə Kiyevdə vəfat edir. Özünün xahişi ilə elə Kiyevdə də dəfn olunur. No comment!

Опубликовано:

 

19 дек 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 521   
@zumrudceferova7695
@zumrudceferova7695 Год назад
Gəncliyimin sevimli,sevilən mügəni Cəfər Behbudov-Allah sənə rəhmət eləsin,məkanin cənnət olsun🤲
@user-zo5ie2uc5k
@user-zo5ie2uc5k Год назад
ALLAH RƏHMƏT EYLƏSİN. ONU AZƏRBAYCANDAN DİDƏRCİN SALLANLARA İSƏ ALLAH LƏNƏT EYLƏSİN. ALLAHIN QƏZƏBİNƏ GƏLSİNLƏR.
@ALEXminecraft20
@ALEXminecraft20 6 месяцев назад
AMİN
@cickliyeva4580
@cickliyeva4580 Год назад
Genclik illerimin sevilen mugennileri CEFER BEHBUDOV VE RUHENGIZ REHIMBEYOVA ikiside olkeden getdi.ALLAH her birine rehmet elesin 🤲
@ikonabiyev1674
@ikonabiyev1674 Год назад
ÜMUMİYYƏTLƏ... İSTEDADLI ADAM İDI... SEVİLƏN İDİ... GÖZLƏRİ GÖTÜRMƏDİ... RƏHMƏTLİK DAYISI DA ÇOX QISQANC İDİ... HEYİF... GÖZƏL SƏNƏTKARDAN...
@xoshgadammammadova5992
@xoshgadammammadova5992 Год назад
Bəli mən çox yaxşı xatırlayıram çox gözəl səsi var idi heyf
@fuzak7448
@fuzak7448 Год назад
R yox Firəngiz
@teranehacizade9580
@teranehacizade9580 10 месяцев назад
@ İkonabiyev ! Bunlara istedadlı Müğənni yox , Fahişə Müğənni qadın ,( hansı ki, abır həya etmədən Mamış - Namış deyib Paltarın qaldırıb əli ilə göstərir) , petux da, kişi Müğənnisi lazımdır Bunkara təmiz , namuslu , gözəl səsə malik olan Müğənnilər əl vermir ! Allah bəlalarını versin ! Amin !!! ❤🎉😂🎉❤🎉😂🎉
@cingizramazanov6274
@cingizramazanov6274 Год назад
Eldar Mansurov oğuldur,bu gün də əsil Bakılı olaraq ürəkdir,ürək,yaşa Eldar 100 yaşa,acıqlar acığına.
@mehi9147
@mehi9147 Год назад
Çox sevirdim Cefer Behbudovun ifasını.Çox gözəl sesi var idi, istedadlı idi.Heyf ki, qiymet, dəyər vermədilər. Allah rəhmət eləsin. Sizə derin təşəkkür edirəm♥️👍
@xelilmemmedov3617
@xelilmemmedov3617 Год назад
Harda defn edibler??
@user-cy6ky8ff1o
@user-cy6ky8ff1o 2 месяца назад
​@@xelilmemmedov3617Джафар Бейбутов похоронен в Киеве. Так он пожелал. Прочитала в интернете. Светлая память.
@mezlum
@mezlum Год назад
Çox gözəl ifaçı idi.Heyif o sənətkaram,qədrini bilmədik.
@faridaaivazova3680
@faridaaivazova3680 Год назад
Cəfər! Heyif! 😢💔 Allah qəni qəni rəhmət eləsin, məkanı cənnət olsun. 🙏
@gabiljigarov9559
@gabiljigarov9559 Год назад
Ceferin sesi mübarizin sesinden güclüdür
@eliyevaruqeyya3758
@eliyevaruqeyya3758 Год назад
👏👏👏👏👏
@ilahhmdova1131
@ilahhmdova1131 Год назад
Polad Bülbül oğlu Cəfər Behbudovdan dayısı Rəşud Bühbudova olan kininə ğörə intiqamını alır.Onu sənətdən uzaqlaşdırır.Çox heyif onun kimi estrada müğənnisi yox idi.Azərbaycanda həmuşə belə olub əsil sənətkarlar qıraqda qalır sənəti olmayanlar qabağa çıxdılar.Allah rəhmət eləsin ğözəl sənətkarımıza
@guneshkerimova7323
@guneshkerimova7323 Год назад
Аллах рехмет елесин амин
@museyibshahmari2023
@museyibshahmari2023 Год назад
Poladı Bülbül oğlu çox xayin paxıl insadır ki.yaxşıdrki Masqıvada yaşıyır niy ax Mədəniyyət Naziri olmadırki ondanda yaxşı sənətkarlarımız var
@faridaheydarova288
@faridaheydarova288 Год назад
Cox boyuk teesuf hissi ile izledim Allah rehmet elesin Cox melahetli sesi var Haqsizliqlar ve edaletsizlikler cox istedadli savadli insanlarimizi vetenden didergin salib teesuf
@SamMirzaIII
@SamMirzaIII Год назад
Ey azəri- türk qızı (üzr istəyirəm əgər türk deyilsənsə) bil və agah ol ki, Polad kürddür, kürd. Bu bəlaların mənbəyində kürdlərin türk dövləti Azərbaycanda ( əhalinin 87% azəri türkləridir) at oynatmaqlarıdır.
@museyibshahmari2023
@museyibshahmari2023 Год назад
@@SamMirzaIII Mənim şəxsən erməni kurdtlər nifrət edirəm bir erməni ilə kurtun arasında heçbir ferqi yoxdur ikisdə eyni zibildi nə oldusa öz adların çıxarırla. Azərbaycanlırın soy köku Xəzərlər turklərdən ataları babaları xəzər turkləri olub erməni kurtun kafkazdan heçbir adiyatı yoxdu tarixdə on doqqizcu iyirmici əsirlərdə adlar yox idi erməni kurdt .
@valideibrahimova1275
@valideibrahimova1275 Год назад
Çox gözəl sənətkar idi. Sevirdik onu. Gözəl oxuyurdu. Yadımızda çox gözəl bir mügənni kimi qalmısız
@arzulargercek2992
@arzulargercek2992 Год назад
Allah rəhmət eləsin Rəşid Behbudova ! Əsil sənətkar və kişi idi. Cəfər də onun kimi mərd olub. Bizimkilərin paxıllığı elə sənətkarları məhv edib və ən əsası doğma Vətəndən uzaq sahillərə salıb. Zövqlər insanların belə yanaşmalarına görə pozulub .
@user-mx1tj2sz9t
@user-mx1tj2sz9t Год назад
Onun səsi Reşıd Behbudovun səsinə oxşayırdı,amma o sonralar yoxa çıxdı ,bilə bilmədik nə oldu,hara getdi,Polad Bulbuloğlunun da heç vaxt heç kimə köməyi dəyməyib,əksinə bir çoxlarının uğurlarına mane olub,heyf Cəfərdən,Allah rəhmət eləsin, ruhu şad olsun Amin
@xumayberenq8283
@xumayberenq8283 Год назад
АЛЛАН☝️🤲 АНАСЫНА🎼 АТАСЫНА ВЕ ЧЕФЕР🎼 БЕНБУДОВА🎼ГЕНИ-ГЕНИ РЕНМЕТ ЕЛЕСИН! РУНУ ШАД, МЕКАНЫ БЕНИШТ ОЛСУН!💐💐
@ninababayeva1313
@ninababayeva1313 Год назад
Buda Rəşid Behbudova münasibətləri Cəfəri küsdürüblər,Polad bilir kimlərə yaxşılıq eləsin və arxasında dursun.
@almazkerimova5530
@almazkerimova5530 Год назад
Öglum, bu verilishə görə sənə tshk. Edirəm, cavanlig illəriçın xatirəsi Cəfər cox gözəl oxuyurdu, heyif ki, giyməti bilinmədi, allah rəhmət eləsin.
@rzaabasov226
@rzaabasov226 Год назад
Çox təşəkkür edirəm.Məni gənclik illərimə apardınız.O vaxt Firəngiz Brilyant Mübariz hamının sevimli istedadlı mügənniləri idi.Heyif İndi belə səslər yoxdur.
@tahirzimova8549
@tahirzimova8549 Год назад
Səs çox bənzəyir Rəşid Behbudovun səsinə.
@user-we1kn4hi4c
@user-we1kn4hi4c Год назад
У него голос почти похоже великому Рашида Бехбудова..
@aynuresedova0102
@aynuresedova0102 Год назад
Не думаю...
@testaccount8681
@testaccount8681 Год назад
Beli oxwuyur
@gulnarv.4375
@gulnarv.4375 Год назад
Bir insanin heyati nece mehv ediler qisa olaraq bunu izledik. Bezen dushunurem bize dushmen lazim deyil, ozunuz-ozumuze bes edirik… Ne deyim Allah rehmet elesin.🙏
@SaKuRa-ge2ev
@SaKuRa-ge2ev Год назад
Allah rahmat elasin.
@teranebayramova-3810
@teranebayramova-3810 Год назад
Gözel sesi var Reşid Behbudovu xatırlatdı Azərbaycanın simvoludur sənətkarlarımıza qiymət verilmir eksine biz bu sənətkarlardan istifade etmeliyik
@mnsadyasamn2710
@mnsadyasamn2710 Год назад
Cəfər Behbudovun çox gözəl səsi vardı. Rəşid kimi oxuyurduÇox gözəl xatırlanır
@ayyildiz3787
@ayyildiz3787 Год назад
Cəfər çox böyük sənətkar olub...çox heyf səhnəmizdən tez getdi
@mtantmmmdova4175
@mtantmmmdova4175 Год назад
Var olasız unutmadıgınız unutdurmadıgınız üçün çox kədərlidir çox gözəl səs məkanı cənnət olsun 🙌🙌🙌
@user-xs6yq5ky9j
@user-xs6yq5ky9j 22 дня назад
Təmiz və gozəl səsli mugənnimiz ..cox heyf səndən...qiyməti və dəyəri verilməyən gəncliyimizin mohtəsəm mugənnisi ...Allah rəhmət eləsin, hec vaxt unudulmayacaqsan ...
@xalidax502
@xalidax502 Год назад
Cox sevdiyim muqenni. Cox saq olun ki bizi o illere qaytarirsiz.
@mehribanbayramova467
@mehribanbayramova467 Год назад
Ruhu şad olsun.Çox gözel oxuyur.Elə bil Reşid Behvudov oxuyur.Çox sağ olun bizi melumatlandırırsız.
@dunyayahuzur5060
@dunyayahuzur5060 Год назад
Sayənizdə indi tanıdım bu gözəl səsin sahibini, minnətdaram bu məlumat dolu video üçün 🙏🏻💕 kanalınıza uğurlar ✌💕🇦🇿
@iraderesidova7811
@iraderesidova7811 Год назад
Allah Rehmet etsin,uzunu gormesen, ele bilersen oxuyan rehmetlik RESHID BEHBUDOVDUR. RUHU SHAD,MAKANI CENNET OLSUN.
@xelilmemmedov3617
@xelilmemmedov3617 Год назад
Ay sagol men deyeceydim
@qarabagqizi3786
@qarabagqizi3786 Год назад
Dayısıdırdə özdə dayısı ona yiyəlik etməyib mən belə eşitmişəm
@seadetmemmedova5136
@seadetmemmedova5136 Год назад
​@@qarabagqizi3786 He yersiz keldi yerli qac birdefe mubariz taglyevin evin.kosderirdiler sicanlar oynuyurdu yaman kunde idi yeqin ev verildi iw verildi xaylar onu ermenisdanda slxflgl kim yeqin o metodu baklda heyata kecirib Ceferinkozel sesine kore qlsqacllq edib qlsqacllq ne qohuma nede yada aiddi qlsqanclq weytan emelidi. Allah herweyi korenbilendir kim kime pislik edibse Allah onu cezaslz buraxmayacaq emin olabilersiniz ey pislik ve qlsqacllq weytanlarl
@humbethesenov2242
@humbethesenov2242 Год назад
@@qarabagqizi3786 Bizim millətin bədbəxtçiliyidir də kiməsə umsuq olmaq. Dayım kömək etmədi, atam bu sənətimə etiraz esirdi... əşşi zor edirlər, 30-40 yaşda adamlar var kimisə borclu bilirlər özlərinə.Hər kəs özü ayaq üstə dursun. Alınmır? get başqa sahəyə də. Müəllim lazınmır bu ölkəyə. Savadlı həkim, diplomat lazımdır. Nifrət edirəm e musiqi sənətində aid pis hadisələrin ümumxalq faciəsinə çevrilməsi cəhdlərindən.Məsələn fəhlələrin də faciəsindən video çəkin də. 20 manata işləmək olar? Yox, bizim başımızı ancaq müğənnilərlə qatırlar.
@qarabagqizi3786
@qarabagqizi3786 Год назад
@@humbethesenov2242 niyə ısıbləşirsizki atasız bir uşagın əlindən ya əmi tutar ya dayı tutar indi elə zəmanəyə gəlib çatmışıq ki fəhləçilikdə adamlardı adamın yoxdursa o fəhləçilikdə yoxdu birdəki elə qohumlar varki özündən başqa heç kimin irəli getməyini istəmir hər vəclədə onun irəli getməyinə mane olur kiminsə ayaqları üstündə durmadı üçün ona istiqamət vermək yaxşı olardı qaldı fəhlənin haqqında danışmağa bu ölkənin yarıdan çoxu fəhləsi kimin haqqında danışsınlar buna ömür yetməz
@hamidaqaraeva1233
@hamidaqaraeva1233 Год назад
Allah rəhmət eləsin. Rəşid Behbudovun səsinə oxşayır. Vaxtında qiymət verilməyən səs. Sapı özümüzdən olan baltalar az baltalayın istedad allah tərəfindən verilir. O səs Azərbaycanın səsi idi.
@ulviyyeataxalilova4969
@ulviyyeataxalilova4969 Год назад
ALLAH rəhmət eləsin..mən o müğənninin Rəşid Behbudovun qohumu. olduğunu bilmirdim..amma hər zaman düşünürdüm ki, səsi neçə də Rəşid Behbudovun səsinə oxşayır....heyif...çox heyif...😔 Azərbaycan, nə zaman öz istedadlarını dəyərini bldi ki.??😡
@sevilaliyeva4796
@sevilaliyeva4796 Год назад
Heyif, cox gozel sesi var idi. Allah rehmet elesin.
@gulxanim1391
@gulxanim1391 Год назад
Dayilar cox vaxt baci usagina yox,baldiz usagina arxa komek olurlar...tessuf .. 😥😥
@zumrudceferova7695
@zumrudceferova7695 Год назад
Tam doğru vurguladıniz,ürəyimdə olub,dilə gətirə bilmədiyimi vurguladıniz 👍
@androidandroid4017
@androidandroid4017 Год назад
Düz deyirsiz .
@zemfiraibrahimova2741
@zemfiraibrahimova2741 Год назад
Cox hefsiləndim
@elzaaliyeva1878
@elzaaliyeva1878 Год назад
Hörmətli Gül xanım,təssüfki dediyiniz 100% həqiqətdir.
@elnareletifova2246
@elnareletifova2246 Год назад
Kim olubki o wexs?
@letifhuseynov5827
@letifhuseynov5827 Год назад
Gənclik illərimizin müğənnisi.həmişə xatırlamışam onu. ALLAH rəhmət etsin. Onun səsinə çatan səs hanı indi. Elə Rəşidin səsinə oxşayır. Paxıllıq məhv edib bizim istedadları həmişə. Dayıdan xeyir görən var görəsən. Heyf... Siz də çox sağ olun şərhə görə. Mümkünsə o illərin bir müğənnisi də var idi. Cavanşir Əliyev. Bu barədə məlumat versəydiz sevinərdum.
@arzulargercek2992
@arzulargercek2992 Год назад
Bəli ! Paxılıq bizim sənətkarı bizlərdən uzaq etdi. Amma öləndən sonra heç bir xeyri yoxdur. İnsana sağlığında qiymət vermək lazımdır. Savadsızları irəli çəkməklə zövqlər pozulur.
@raqifeliyev7942
@raqifeliyev7942 Год назад
Bu
@vuqarmehdiyev1302
@vuqarmehdiyev1302 Год назад
Bəli bizim gənclik illərimizin xatirəsi o vaxt hamı deyirdi rəşid dayısı qoymadı irəli getsin
@minayeiskenderova1278
@minayeiskenderova1278 Год назад
Doqrudan da gəncliyimizin ən dəbli müğənninisi, Allah rəhmət eləsin 🥀🥀😥
@nazimniftaliyev7891
@nazimniftaliyev7891 Год назад
Vəfat edib,75 yaşında
@xmitskkuredirmxmi3842
@xmitskkuredirmxmi3842 Год назад
Allah rəhmət eləsin,çox təəssüf ki istedadlı insanlar tez sınırlar, mübarizə aparmağdan qaçırlar,dala çəkilirlər.Və yerlərini layiq olmayanlar tutur.çox gözəl səsi Azərbaycan itirdi
@sevdiyarisrayilov1690
@sevdiyarisrayilov1690 Год назад
Allah Rəhmət Eləsin Böyük Sənətkara
@HqiqtAbdullayeva-sy1mr
@HqiqtAbdullayeva-sy1mr 5 дней назад
Səsi necə də dayisi rəhmətlik Rəşid Behbudova oxşayir ❤
@iradebabasova7519
@iradebabasova7519 Год назад
Yazıgın üzünə qapılar hər yerdə baglanıb o qədər var belə istedadlı insanlar it bata düşüb. Bu əsl faciədir bir sənət adamı üçün
@0619571
@0619571 Год назад
Allah rəhmət eləsin🙏Gözəl səsi var idi.Heyif…
@gulyasefiyevarafig7595
@gulyasefiyevarafig7595 Год назад
Allah rahmet eylesin. Sahneye çok yakişirdi.
@gulbnizkrimova5597
@gulbnizkrimova5597 Год назад
Allah rəhmət etsin .Eynən dayısı Rəşid Behbudovun səsidir. Dayı da yiyə durmuyub.Yazığı QƏRİB salıblar.
@aidahaciyeva2244
@aidahaciyeva2244 Год назад
Gozel ,yaddaqalan ifalari var idi,birdeñ-bire yoxa cixdi,demeli,xaricde yashayirmish.Boyuk senetkar Necibe xanimin oglu oldugunu bilmirdim.Allah her. 2-sine rehmet etsin .Anasi N.Behbudova haqqinda da verilish hazirlasan cox sevinerdik
@sahnazismayilova2356
@sahnazismayilova2356 5 месяцев назад
ALLAH REHMET ELESIN SESI NECEDE DAYISININ SESINE OXWAYIR TESFLER❤❤❤😢🎉🎉🎉
@seadetfeyzullayeva2046
@seadetfeyzullayeva2046 Год назад
Gözəl ifası var idi, hayıf. Fani dünya...neçə,- neçə ustadlı, xeyirxah insanları küsdürürüb,lər.😔 Nə yaxşı siz varsınız, xatırladınız.Allah sənətkara rəhmət eləsin.
@freedom2386
@freedom2386 Год назад
Gözəl səsi olub.Bizim ölkənin ən pis cəhətlərindən biri də yerlimdir deyib istedadlı insanları geriyə salmaqdır.
@rozanuriyeva2509
@rozanuriyeva2509 Год назад
PAXILLIQ BIZDE OLMASA BIZƏ.HEÇ KIM BATA BILMƏZ...AMMA HEYIF KI VAR.....O PAXILLIGIN QURBANI BELƏ GÖZƏL SƏSI OLAN CƏFƏR BEHBUDOV OLDU...SƏSI DAHI RƏŞID BEYBUTOV SƏSI ILƏ EYNIDIR...O ADAMLAR ALLAH GARŞISINDE CAVAB VERƏCƏGLƏR !!!!ALLAH RƏHMƏT ELƏSIN GÖZƏL SƏSLI SƏNƏTKARIMIZA!!!!
@SolmazAsgarova
@SolmazAsgarova 4 месяца назад
Nə gözəl müğənni idi. Uşaqlıq xatirələrim canlandı. Unudulmaz müğənnidir...ALLAH rəhmət eləsin...😢
@renamamedova5366
@renamamedova5366 Год назад
Allah rehmet eylesin. Dede de, özi de çok dayisina ohşayirdi. Ruhu şad olsun....
@eminehesenova1691
@eminehesenova1691 Год назад
Men Azerbaycanda özüne yer tapmayıb xarice gedenlere yazığım gelir Eşlinde Direşmek öz veteninde sözünü deye bilen insanları alqışlayıram Vetende Süpürgeci olmaq daha yaxşıdır mence 👏👏
@iradeveliyeva8925
@iradeveliyeva8925 Год назад
Allah rehmet elesin hemise xatirlayiriq🤲
@magerrammirzoev2868
@magerrammirzoev2868 Год назад
Mekani cennet olsun.
@saadateyvazova4951
@saadateyvazova4951 Год назад
Allah rəhmət eləsin Çox təəssüflər 😥😥😥
@lalehuseynova6689
@lalehuseynova6689 Год назад
Çox gözəl səsi var idi.Allah qəni - qəni rəhmət eləsin ! Heyif, çox heyif belə ifaçıları itirdik.
@ziznnninmtbxi2184
@ziznnninmtbxi2184 Год назад
Mübariz Tagiyevin sesi baskadi,adama huzur verir. Ozunun medeniyyeti ,sadeliyi nəyə desez deyer
@xatiresadiqova3859
@xatiresadiqova3859 Год назад
İnsanı sakitləşdirən sesi var. Allah rəhmət eləsin. Amin.
@alimanvar962
@alimanvar962 Год назад
Allah rəhmət eləsin .Yadıma gəlir .Səsi Rəşidin səsinə oxşayirdi .Gözəl səsi vardı .Heyif , o cür müğənni respublikadan didərgin düşmüş.Onun səsi hara Mübarizin səsi hara .Dayısı da ona dəstək olmayıb .Düzü mən onun Azərbaycani tərk etdiyini bilmirdim .Heyif Allah rəhmət eləsin .
@csart8811
@csart8811 Год назад
Bəli həqiqətən də cox gözəl səsi var idi gözəl mügənni idi Allah rəhmət eləsin
@nazileismayilova195
@nazileismayilova195 Год назад
Çox gözəl oxuyurdu Allah rəhmət eləsin 🙏
@skinqasmova9372
@skinqasmova9372 Год назад
ALLAH RƏHMƏT ELƏSİN
@zumrudceferova7695
@zumrudceferova7695 Год назад
Məni o illərə qaytardiniz,Cəfər Behbudov oxuyanda adam mənən dincəlirdim,gəncliyimin gənc müğənnisi idi,heyif onda ki qabağa getməyə qoymadılar,adama nə edirsə özünunki edir,məkanı cənnət olsun 🤲
@ulduzcarchiyeva5379
@ulduzcarchiyeva5379 Год назад
MEN COX TESSUF EDIREM KI CEFER REWIDIN SESI GEDER GOZEL BIR SESE MALIK OLAN MUGENIMIZ BIZDEN UZAG DUWUB
@gulsenzulfugarova8931
@gulsenzulfugarova8931 Год назад
Allah rehmet elesin. paxilliqdan kimse qoymayib qabaqa getsin.
@hasanaliyev6164
@hasanaliyev6164 Год назад
AY DAYILAR ,HEÇ KƏS DÜNYANI TUTUB DURMUR !!!
@ilhameqasimova5044
@ilhameqasimova5044 Год назад
Allah rəhmət etsin dayısınada özünədə🤲gözəl ifaçı idi,dayısı arxa çıxsaydı bucürə sənətkarı itirməzdik.Heç gözləməzdim Rəşid Behbudovdan.Necə-necə cavan müğənnilərə dəstək verirdi,amma bacısı oğluna.....
@denizerler5493
@denizerler5493 Год назад
Benim Kemal dayım bacisi usaqlarini kendi usaqlarindan cox sevib anamla dayımın bir birine sevgisi elcatmaz bir sevgiydi nurlarda uyusunlar ruhları şad olsun
@hyatltif6084
@hyatltif6084 Год назад
Benimde 2 dayım bizleri kendi övladlarından ayırmayıblar. Cənab Haqdan onlar için hep cənnəti diləyirəm.
@hevvamammadova
@hevvamammadova Год назад
Cox gözel sesi var idi ,hayif bele oguldan .Allah rehmet elesin
@yasemenxanim9012
@yasemenxanim9012 Год назад
Coox təəsuf ki yaxşıların qədri bilinmir .Heyif o cür müğənnidən Onun ifasında Zübeydə mahnısı cox gözəl
@xanmbagrova
@xanmbagrova Год назад
Azərbaycan estradasının gözəl zamanları Cəfər Behbudov və Firəngiz Rəhimbəyli ilə getdi. 😔
@vusalquliyev518
@vusalquliyev518 Год назад
Gozel oxuyurdu rehmet elsin allah
@elmiraliyeva6564
@elmiraliyeva6564 Год назад
Bu səs ki, xalis Rəşid Behbudovun səsi kimidir, heyflər olsun, gözəl oxuyurdu...
@gahramanvaliyev3824
@gahramanvaliyev3824 Год назад
Men heç tanımamışam bu senetkarı nece olubsa Reşid muellimin sesine ne qeder benzeyir
@elnareletifova2246
@elnareletifova2246 Год назад
Temiz,savadli ses. Yarawiqli,modern stil,o zaman her konsertlerde,televiziya veriliwlerinde baxirdiq Nur icinde yatsin. Saqolunki,bize atirladirsiz. Cox heyif ki,bele savqdli,melahetli,zil sesler kolgede qaldi,yox qoydular. Saqolsunda O vaxtki bizim medenuyywt nazirimizde,qorxurdularki sesiynen onlqri kolgede qoyacey,Ne deyim,her kes,her kes bir vaxt cavab verecey.
@cemilesuleymanova8691
@cemilesuleymanova8691 Год назад
Allah rehmet elesin
@patron6773
@patron6773 Год назад
oy o,cooox gözel oxuyurdu,heyif Mübariz onun Firengiz Rehimbeyovanln yanlnda zerredir elbetde küsecekler haqslzllq her dövürde mövcud olub, heylslzlar irelleyib menaslz,bizim xatiremizde daima yüksekdedirCefer Firengimiz kimi müğenimiz ,ALLAH rehmet elesin her ikisine haqql oğruyanlara lenet elesin
@arzumuradova7390
@arzumuradova7390 Год назад
Mən o səsi Rəşid Behbudov bilmişəm hər dinləyəndə.demək .Allah rəhmət etsin.🤲🏻🤲🏻🤲🏻Allah cəcaların versingünahkarların.Amin
@gencegence8780
@gencegence8780 Год назад
Kaş görməyəydim.heyif o səsdən.
@eminemin3142
@eminemin3142 Год назад
Salam nə yaxşıki bu verlişi təşkil etmiş sizə çox çox təşəkkür edirəm çoxlarını siz araya gətirib təzədən tanımayanlara tanidirsizallah rəhmət etsin onun çox gözəl səsi var idi belələrinin qədrin bilmək lazımdır heyf ondan siz həmişə var olun
@ceyhunbabayev2589
@ceyhunbabayev2589 Год назад
"Bədbəxtlər içərisində özünü xoşbəxt hiss edə bilmərsən.Azərbaycanda xoşbəxt olmag üçünsə gərək yüzünü bədbəxt edəaən."Varis..
@elfiramelikova9074
@elfiramelikova9074 Год назад
Bəli bu müğənni yadımızdadır. Çox təəssüf. Çox təəssüf. Dəyər verilməyən insanlar çox əzab çəkmiş və çəkir
@i.c33
@i.c33 Год назад
Tekce ele Beyin Ogurlanmasinda oxuduqu mahni besdir
@narminababayeva3676
@narminababayeva3676 Год назад
Rəşid Behbudov çox böyük sənətkar idi, amma yəqin ki, dayı kimi yaxşı dayı olmayıb. Yoxsa öz səsinə oxşar gözəl səsi, özü də sənin bacıoğlun olsun, gərək onu önə çəkəydi, qoymayaydı onu incidsinlər. ALLAH ölənlərə rəhmət eləsin, günahlarını bağışlasın, məkanlarını cənnət eləsin AMİN.
@wsaze3978
@wsaze3978 11 месяцев назад
Gozel sesi varmis Allah rehmet elesin
@user-pz3mo5bk7o
@user-pz3mo5bk7o 22 дня назад
Yaxşı səsi var amma Mübarizində özünə məxsus yaxşı səsi var, tam fərgli səslərdir
@sevda6331
@sevda6331 Год назад
Sesi dayisinin sesine cox benzeyir. Cefer Behbudov virtuozdur. Mubariz Tagiyev ise yox.
@eliyevaruqeyya3758
@eliyevaruqeyya3758 Год назад
👏👏👏👏👏
@Aylin19
@Aylin19 Год назад
Ne gözel ses,ne gözel ifa....2ci Reşid Behbudov,sesleri nece benzeyir.Heyif,Azerbaycan medeniyyetine ne qeder qatqisi olardi,belke öz mektebi olardi...Yoxsa efir zir-zibille doludur...
@planet0406
@planet0406 5 месяцев назад
Mükəmməl səs 🎉Allah rəhmət etsin 👍
@merialiyeva6022
@merialiyeva6022 10 месяцев назад
Yaraşıqlı, bacarıqlı ifaçı, səsində dayısının səsinin çalarları hiss olunur
@anarehmedov488
@anarehmedov488 Год назад
Cox xoşum qəlirdi bu mühənnidən cox sağolun məlumat verdiniz həmişə axtarırdım allah rəhmət eləsin adını bilmirdim ona qörə tapa bilmirdim təşəkkür edirəm
@user-ny4dz2mg6n
@user-ny4dz2mg6n Год назад
Allah mərdimazarlara lənət eləsin. Amin🤲🤲🤲
@salbinasahmardanova447
@salbinasahmardanova447 Год назад
Allah rəhmət eləsin.🤲
@raulrzayev3259
@raulrzayev3259 Год назад
Allah rəhmət eləsin
@afaqnagyeva.4850
@afaqnagyeva.4850 Год назад
Səsi Rəşid bəyin səsinə çox bənzəyir.
@i.c33
@i.c33 Год назад
Mubariz kimdir ki o ne bilir senet nedir. 2 mahni oxuyub olub senetci. Nedir nedir yerazdir deye qabaga cekibler.
@asafsadiqli2180
@asafsadiqli2180 Год назад
Duz demirsiz Mubariz gozel senetkardi ve onun gunahi deyil Cafarin kusdurulmesi.
@cemilerehimova9861
@cemilerehimova9861 Год назад
Çox gozəl səsi var Allah qorusun Pis insanla Allah şans verməsin
@ilhamemustafazade3440
@ilhamemustafazade3440 Год назад
Əvvəlcə sizə çox təşəkkür edirəm,imkan yaradırsız belə gözəl insanları tanımayanlara da tanıtdırırsız.İndiki gənc nəsil də tanısın necə istedadlı dəyərlı şəxslər olub incəsənət aləmində.Cəfər Behbudov çox istedadlı olub ,bəli,onun səs imkanları tanıdıgımız mugənnilərdən də ustun olub.Ona haqsızlıq ediblər,çox heyif ,Allah rəhmət eləsin,ruhu şad olsun ki ona Azərbaycanda dəyər verən insanlar çoxdur,onu unutmayanlar da çoxdur.🤲💔😢
@elekberovaarzu8386
@elekberovaarzu8386 Год назад
Poladın ic uzu cox yerlerde calib son zaman tesuf😔😔😔😔
@Itssbeenalongtime
@Itssbeenalongtime Год назад
Salam. Ne olardı ki biraz geniş araşdıraydız, aile arxivinden, Dövlet televiziyasının arxivlerinde, onun gözel lent yazıları şekilleri vardır.
@cavidaneliyev4419
@cavidaneliyev4419 Год назад
Mübariz oxuyanda mən o dəqiqə səsini alıram.
@eliyevaruqeyya3758
@eliyevaruqeyya3758 Год назад
👏👏👏👏👏
@arzuxankisiyeva8850
@arzuxankisiyeva8850 Год назад
Мяндя, сифятиндяндя зяхлям гедир. Ермянисифят.
@azerqarayev7654
@azerqarayev7654 Год назад
@@arzuxankisiyeva8850 davay uç e
@arzuxankisiyeva8850
@arzuxankisiyeva8850 Год назад
@@azerqarayev7654 вызгырд эээ. Правда глаза колет?! Ермянилярля о гядяр отуруб дуруб ерманистанда точно онлара охшайыр.
@azerqarayev7654
@azerqarayev7654 Год назад
@@arzuxankisiyeva8850 təki səndə də onda olan qeyrətin0,1 % i olaydı
@teranehacizade9580
@teranehacizade9580 10 месяцев назад
Olduqca haqsız iş görüblər ! Əvvəla gözəl səsə malik , Müğənni olub , 2 ci si -Necə olur ku, səsi olmayanları başda oturdub, layiq olmayan adlar verirlər ! Qəribədir ! Bunlar nəyin müqabilində baş verir ? Heç olmasa , Azərbaycan Musiqisini bütün Dünyada təbliğ edib , tanıtdıran, Ölkəmizə şan şöhrət qazandıran; dahi Rəşid Behbudova görə hörmət edib , oxumağına imkan yradaydınlz ! Həmin insanlara çox - çox ayıb olsun ! Eynilə Rəşid Behbudovun səsini xatırladır Gözəl səsli Müğənni , Çəfər Behbudov ! Allah sənə , qəni- qəni rəhmət eləsin , məkanın cənnət, qəbrin nurla dolsun ! Amin !!! Sizi nədir narahat edən ? Haqqında yazılan şərhə də mi , paxıllıq edirsiniz ? Niyə yazdıqlarımın hər sətrinə cızlqlar çəkirsiniz ? Artlq həyatda yoxdur ! İndi nədir , sizləri partlamaya salan ? Xain , paxıl adamlar heç vaxt ağarmayacaq , İnşallah !!! Təranə Haclzadə .❤😂🎉❤😂🎉❤😂🎉
@elsncfr989
@elsncfr989 3 месяца назад
ALLAH rəhmət eləsin Cəfər Behbudova. Hayıf ondan. Amma necədə Rəşid Behbudova həm sifət cəhətdən və səs cəhətdən oxşayırdı. Çox təəssüflər olsun ki, Azərbaycan mədəniyyəti Cəfərin istedadından bəhrələnə bilmədi. 😊
@nikanika573
@nikanika573 Год назад
Çox təəssüf...((
@tamellaaliyeva8593
@tamellaaliyeva8593 Год назад
Yeraz sözü nə vaxtdan hallanır cox maraqlıdı,Mübariz Tağıyevin bu ada nə dəxli var Allah rəhmət eləsin:
@skarlettohara9454
@skarlettohara9454 5 месяцев назад
Səsi də dayısının səsinə oxşayır. Çox heyf...
@RR6478
@RR6478 Год назад
Heyif....çox heyif ki, əsil istedadların qədri bilinmir....
Далее
Cat Plays with Window Washer
00:22
Просмотров 2,1 млн
Rəşid Behbudovun sirli ölümü. Nə baş verdi?
22:00