Тёмный
No video :(

Rəsul Rza - Mən torpağam 

biraddimla YOL
Подписаться 3,9 тыс.
Просмотров 741
50% 1

Şeir: Rəsul Rza - Mən torpağam
Səsləndirmə: Nurəddin Mehdixanlı
Musiqi: Emin Sabitoğlu - Park filmindən musiqi (2)
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
RƏSUL RZA - MƏN TORPAĞAM
Mən torpağam,
məni atəş yandırmaz;
tərkibimdə kömürüm var,
külüm var.
Mən baharam çəmən-çəmən
Çiçəyim var, gülüm var.
Mən küləyəm, əsməsəm,
kim bilər ki, mən varam.
Mən buludam,
səhraları susuz görüb,
ağlaram.
Mən ürəyəm, döyünməsəm
ölərəm.
Mən insanam,
sadə insan əlinin
yaratdığı nemətlərlə öyünməsəm,
ölərəm.
Mən işığam - qaranlığın qənimi.
Mən insanam,
daşıyıram qəlbimdə
dünyaların sevincini, qəmini.
Maraq dolu gözəm mən,
baxmaya bilmərəm.
Qarlı dağdan süzülən çayam mən,
axmaya bilmərəm.
Mən insanam,
vətənim var, elim var.
Ən böyük həqiqəti,
azadlığı, məhəbbəti, nifrəti -
söyləməyə qadir olan
dilim var.
Mən bir qranitəm ki,
hər parçamda duyulur
bərkliyim,
döyüşdə möhkəmliyim,
ülfətdə kövrəkliyim.
Mən insanam, ülfətsiz -
Ölərəm.
Məhəbbətsiz, nifrətsiz -
Ölərəm.
Mən bulağam,
tapşırıqla axmıram.
Mən həyatam,
Həmişə yoldayam;
nəfəsdəyəm, arzudayam,
baxışdayam, ürəkdəyəm, qoldayam.
Mən torpağam, nemətimi, varımı
zəhmət sevən insanlarla bölərəm.
Mən ürəyəm, doyünməsəm
ölərəm.
1963
“Rəsul Rzanın şeirlərindəki novatorluq qəbul olunmurdu. Bu yenilikçi təfəkkür rədd edilir və qəlibdən çıxa bilməyən şairlər onu sıxma-boğmaya salırdılar. Səməd Vurğunla münasibətlərinin gərgin olması barədə də müxtəlif söz-söhbətlər var. Bu gərginliyin səbəbinin estetik dava olduğu deyilir. Səməd Vurğun heca şeirinin ustası, Rəsul Rza isə sərbəst şeirin ciddi imzalarından idi. Onların arasındakı münasibət bəzən soyuq, bəzən isə dostcasına olub. Günlərin birində Rəsul Rzadan soruşurlar:
Səməd Vurğunla yola getmirsiniz. Səbəb nədir?
Rəsul Rzanın cavabı:
Doğrudur, Səmədlə mənim aramda mübahisələr, hətta küsüb barışdığımız vaxtlar da olub. Lakin bu, sırf şəxsi səbəblərdən doğmur, üslub yarışından irəli gəlir. Üslublar yarışı olmayan yerdə əsl poeziya yarana bilməz. Təəssüflər olsun ki, bulanıq suda balıq tutmaq istəyənlər buna şəxsi don geyindirib, ara vurur, bizi bir-birimizə qarşı qoyur, dedi-qodulara səbəb olurlar.
Rəsul Rza Səməd Vurğunla gərgin şeir mübahisələrinin birində məclisdən çıxandan sonra bir-birilərindən övladlarının hal-əhvalını soruşublar. Halbuki orda iştirak edənlər düşünüblərmiş ki, bu davadan sonra heç bir-birilərinə salam da verməzlər.
İkinci dünya müharibəsi başlanan zaman Rəsul Rzanın bir ayağı axsadığı üçün onu müharibəyə aparmırlar. Ancaq o, 1941-ci ilin axırlarında bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir, Kerç şəhərində Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışır, cəbhə qəzeti "Döyüşən Krım"da işləməyə başlayır.
Şair müharibə illərində sarsıntılar keçirir. Deyilənə görə, qorxunc bir müharibə axşamında hər ehtimala qarşı vida məktubu yazaraq şüşəyə tullayır və kiminsə rastına çıxacağı ümidiylə dənizə atır.
Nigar Rəfibəyli həyat yoldaşı Rəsul Rzanı böyük məhəbbətlə sevib. O, cəbhədə olan günləri onun üçün çox darıxıb, hətta bir neçə dəfə Rəsulun yanına Krıma getməyə də cəhd edib. Bu barədə Səməd Vurğundan xahiş edəndə Səməd Vurğun deyib ki, “indi mən bir batalyon əsgəri hardan tapım ki, səni cəbhəyə qədər müşayiət eləsin”.
#rəsulrza #məntorpağam #resulrza #mentorpagam #nurəddinmehdixanlı #eminsabitoglu #park #parkfilmi #parkfilmimusiqisi #parkfilmi1984 #nigarrəfibəyli #səmədvurğun #semedvurgun #şeir #şair #poeziya #ədəbiyyat #biraddimla #biraddimlayol

Опубликовано:

 

28 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@maisekazimova2539
@maisekazimova2539 Год назад
Mən insanam, ülfətsiz - ölərəm, Məhəbbətsiz, nifrətsiz - ölərəm. Mən bulağam, tapşırıqla axmıram. Mən həyatam, həmişə yoldayam, nəfəsdəyəm, arzudayam, baxışdayam, ürəkdəyəm, qoldayam. ,,Mən torpağam '', nemətimi, varımı zəhmət sevən insanlarla bölərəm, Mən ürəyəm, döyünməsəm ölərəm. 🍀🌿☘️🍃🌷🥀🌹
Далее
Mirvarid Dilbazi - Xatirələr olan yerdə
0:57
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
Rəsul Rza - Payız yarpaqları
1:47
Просмотров 102
Musa Yaqub tərəzi
1:40
Просмотров 38 тыс.
SUCAYƏT AZƏR
5:04
Просмотров 33 тыс.
Vahid Əziz
2:58
Просмотров 9 тыс.