Тёмный
No video :(

Sosial media mütəxəssisi olmaq II Müzəffər Qaraxanlı (Be Digital şirkətinin təsisçisi) 

Business Talks
Подписаться 17 тыс.
Просмотров 3,8 тыс.
50% 1

Sosial media mütəxəssisi markanın adını tanıdan, marketinq fəaliyyətini gücləndirən şəxsə deyilir. Həmçinin satışları çoxaltmaq üçün müəyyən strategiya təyin etmək və bu strategiyanı həyata keçirmək və nəticələri izləməkdən məsul olan şəxsdir.
Sosial media mütəxəssisinin işi nədən ibarətdir?
Peşəkar mütəxəssislər ilk növbədə sosial media platformalarında düzgün məzmunu paylaşmalıdır. Daha sonra onlayn platformalarda yazılan müştərilərin şikayət və ya tənqidlərini tez və problemsiz şəkildə həll etməyi bacarmalıdır. Sosial media mütəxəssisinin digər öhdəlikləri isə belə sıralana bilər:
Hər gün mütəmadi olaraq maraqlı mətn, şəkil, video və s məzmunlar yaratmaq, redaktə etmək və paylaşmaq;
Axtarış, müqayisə və istifadəçiləri analiz etmək yolu ilə sosial media strategiyasını yaratmaq və həyata keçirmək;
Böhran zamanlarını düzgün idarə etmək, tənqid və neqativ xəbərləri təkzib edən yeni xəbər paylaşmaq;
Şirkətin və cəmiyyətin siyasətini dəstəkləyən sosial media səhifələri və profilləri yaratmaq;
Sosial media planını hazırlamaq və həyata keçirmək;
Sosial media trafikini və istifadəçi sayını öyrənmək üçün əldə edilən nəticələri doğru analiz etmək;
Sonrakı nəticələrə də müsbət təsir edəbilmək üçün bu məlumatlardan istifadə etmək;
Brendi doğru idarə edəbilmək, kampaniyalar təşkil etmək və sosial media hesablarının axtarış zamanı daha tez tapılması üçün digər şöbələrlə əməkdaşlıq etmək;
Sosial mediadakı yenilikləri daima izləmək.
Rəqib şirkətləri analiz etmək və ortaya çıxan nəticəyə görə doğru strategiya müəyyənləşdirmək;
Rəqəmsal dünya trendlərini izləmək və ona uyğun reklamlar etmək;
Sosial media şəbəkələrində izləyicilərin sayını artırmaq üçün işlər görmək və uyğun strategiyalar təyin etmək;
Şirkətlə əlaqəli uyğun olmayan məzmunları, təəssüratları müəyyənləşdirmək və lazım olduqda bunlara müdaxilə etmək;
Məhsulların istifadəsi ilə əlaqəli axtarışlar etmək;
Peşəsi ilə bağlı yenilikləri izləmək və özünü inkişaf etdimək;
Xüsusi kampaniyalar təşkil etmək;
Bəs, hansı ixtisasla sosial media mütəxəssisi olmaq olar?
Sosial media mütəxəssisi olmaq üçün rəsmi təhsil meyarı yoxdur. Bəzi şirkətlər namizədlərin qrafik dizayn proqramlarına hakim olmağını əsas tələb olaraq qeyd edir. Həmçinin bəzi təhsil müəssisələrində sosial media və marketinq tədris edib sonda sertifikat verən proqramlar mövcuddur. Əlavə olaraq onlayn resurslardan istifadə edərək bu sahədə biliklərə sahiblənmək mümkündür.
Şirkətlərdə sosial media mütəxəssisindən hansı bilikləri tələb edirlər?
Sosial media mütəxəssisi məhsul və ya xidmətin tanıdılmasını, populyarlaşmasını təmin etdiyi üçün onun yaradıcı olması əsas üstünlükdür. Lakin bu iş tək yaradıcı olmaqla yekunlaşmır. Həmçinin:
Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqlarına sahib olmaq;
Prioritet işləri önə salmağı bacarmaq;
Komanda ilə işləməyi bacarmaq;
İşi deyilən zamanda təhvil vermək kimi bacarıqlara da sahib olmalıdır.
Sosial Media mütəxəssisinin qeyd ediləcək alətlərdən istifadə etməyi bilməyi üstünlükdür
Crowdbooster
Hubspot
HootSuite
Dialogfeed
Buffer
Meta (ADS manager)
Agora Pulse
Sendible
eClincher
Social Pilot
CoSchedule
MavSocial
Crowdfire
Edgar
Post Planner
Bəs yaxşı, Sosial Media mütəxəssisi olmaq üçün nə etmək lazımdır?
Universitetlərdə sosial media mütəxəssisi fakultəsi mövcud deyil. Bunun yerinə biznes, marketinq, ictimaiyyətlə əlaqələr, ictimaiyyətlə əlaqələr və təbliğat, ictimaiyyətlə əlaqələr və reklam və sair fakultələrdən məzun olan tələbələr sosial media və reklam agentliklərində sosial media mütəxəssisi olaraq işləyirlər. Hətta kurslarda Sosial Media Mütəxəssisliyi dərslərini keçərək sertifikat ala bilər və bu sahədə çalışa bilərsiniz.
Hər kəs sosial media mütəxəssisi olmağın asan olduğunu və bu sahədə çalışa biləcəyini fikirləşsə də, daim yenilənən onlayn dünyada trendi izləmək bir az çətindir. Yaxşı sosial media mütəxəssisi olmaq üçün aşağıdakı məsləhətləri dəyərləndirə bilərsiniz
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- Əlaqə: / businestalks...​
- Animasiyanı Animators ( animators.az ) şirkəti təqdim edir.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Kontent Müəllifi: Müzəffər Qaraxanlı
Səsləndirmə müəllifi : Tural Vəliyev
Animasiya müəllifi : Jalə Həsənzadə
Layihə Meneceri : Kamran Tağıyev

Опубликовано:

 

28 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 16   
@salehkrimov3731
@salehkrimov3731 Год назад
Bu kanalla tanış olana qədər evdə boş boş oturur ancaq xəyal qururdum ancaq indi çalışıram və özümdəki inkişafı hiss edirəm. Çox sağ olun. İnşallah kanal böyüyər və daha çox insana kömək olar.
@BusinessTalksAz
@BusinessTalksAz Год назад
Təşəkkürlər! uğurlar!
@TerlanIsgenderov-pz1zg
@TerlanIsgenderov-pz1zg 9 месяцев назад
Salam mənədə kömək edə bilərsiz?
@nicatteymurov2001
@nicatteymurov2001 Год назад
Çox asan və anlaşılan dildə izah etmisiniz. Təşəkkür edirəm.
@BusinessTalksAz
@BusinessTalksAz Год назад
Buyurun, uğurlar!
@sevilmanaf1167
@sevilmanaf1167 Год назад
Təşəkkürlər👏Düşündüyümüzdən xeyli çətinmiş))
@gozalramazanova2001
@gozalramazanova2001 Год назад
İxtisasım marketinq üzrədir. Bu kanalı kəşf etdiyim üçün çox şadam, çünki məni çox motivasiya edir.
@BusinessTalksAz
@BusinessTalksAz Год назад
Uğurlar!
@dinl2234
@dinl2234 Год назад
Çox sağ olun👏
@BusinessTalksAz
@BusinessTalksAz Год назад
Buyurun!
@elchin_123
@elchin_123 Год назад
Ela kanaldı
@BusinessTalksAz
@BusinessTalksAz Год назад
Təşəkkürlər!
@muzafferkharayev9266
@muzafferkharayev9266 Год назад
Təşəkkürlər!
@BusinessTalksAz
@BusinessTalksAz Год назад
Təşəkkürlər Müzəffər bəy!
@gulsen26
@gulsen26 23 дня назад
Salam mən SMM kursunu bitirdim online şəkildə necə işləyə bilərəm
@xyalquliyev1005
@xyalquliyev1005 7 месяцев назад
Salam.Mənə Canva proqramında bəzi bilgilər lazımdı.Siz kömək edə bilərsiz mənə ?
Далее
مسبح السرير #قصير
00:19
Просмотров 1,4 млн
WELCOME TO THE FAMILY, MOE! (Brawl Stars Animation)
00:40
İş Həyatında Dəyişim || İmran Bağırov
12:07
Просмотров 1,8 тыс.
Pul motivasiya edirmi?|| Allahverdi Bağırov
3:20
Просмотров 1,5 тыс.
Rebrendinq nədir?
3:35
Просмотров 1,5 тыс.
مسبح السرير #قصير
00:19
Просмотров 1,4 млн