Тёмный
No video :(

Tofiq Bayram - Evə qayıdırıq 

biraddimla YOL
Подписаться 3,9 тыс.
Просмотров 987
50% 1

Şeir: Tofiq Bayram - Evə qayıdırıq
Səsləndirmə: Eldost Bayram
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
TOFİQ BAYRAM - EVƏ QAYIDIRIQ
Çatsaq da rütbəyə, ali savada,
Adi fəhlə kimi işləsək də biz,
Bağlı kabinetdə, açıq havada
Gündüzlər gərilir əsəblərimiz.
Gündüzlər bezirik üzlü bir “dostdan”,
Bezirik xahişdən, ya göstərişdən.
Hərdən də çıxanda uzun iclasdan
Elə bil çıxırıq ağır döyüşdən.
Ürək də yorulur, beyin də, göz də,
Sözlər eşidirik töhmətli, acı.
Axşam fəhləmiz də, nazirimiz də
Olur ev möhtacı, qayğı möhtacı.
Axşam hər ürəkdə bir istək gəzir:
Bir şirin təbəssüm, bir loxma çörək.
Kişilər görmüşəm evə tələsir
İlk görüş yerinə tələsdiyitək.
Kişilər görmüşəm qisməti, payı
Böyük bir külfətdir, kiçik bir otaq.
Hər axşam qadını dəmləyən çayı
Yüz-yüz qonaqlığa dəyişməz ancaq.
Qadınlar görmüşəm, ac-susuz qalıb,
Məskəni bir mətbəx guşəsi olub.
Yollara baxmaqdan gözü qaralıb,
Çeşməyi pəncərə şüşəsi olub.
Rəislər görmüşəm, sinə qəfəsi
Az qalıb partlasın bir zəng səsindən.
Hirsini soyudub qadın nəfəsi,
Evdə şəfa tapıb xoş təbssümdən.
Kişilər də görmüşəm qalxıb kürsüyə,
Ağzından od saçıb, deyiblər nərsən
Evə qayıdanda, yazıq kilsəyə
Zorla ibadətə gedir, deyərsən.
Tez gəldi, günahdır, gec gəldi, xəta,
Elə bil üstünə daş-divar yağır.
Qapısı açılır yarım saata,
Açanın üzündən zəhrimar yağır.
Soruşmur: Ay kişi, nə aləmdəsən?
Kim səni incidib, dərdlisən niyə?
Soruşur:-Bəs hansı cəhənnəmdəsən?
Tez ol, gecikirik, toya, şənliyə.
Qadınlar görmüşəm, dünya qəmini
Evindən didərgin salır hər axşam.
Kişi ürəyinin sarı simini
Qayğı mizrabıyla çalır hər axşam.
Hardasa başına yağır alqışlar,
Kiməsə şöhrətin, adın gərəkdir.
Evdə ipək əllər, gülgün baxışlar,
Evdə səni duyan qadın gərəkdir.
Evdə qayıdırsan uşaqlığına,
Qadın insandırsa, dodaq da büzməz.
Lap dahi olasan, şıltaqlığına
Öz qadının dözər, öz anan dözməz...
Evə qayıdırıq addımlarımız
Tələsir, -
Hamımız yorğunuq, acıq.
Qayğıkeş, mehriban qadınlarımız,
Açın süfrələri, sizə möhtacıq.
Sevən qəlbimizdə bir istək gəzir:
Bir şirin təbəssüm, bir loxma çörək.
Vəfalı kişilər evə tələsir,
İlk görüş yerinə tələsənlərtək.
Eldost Bayram:
“… 1947-ci ildə Kürdəmir rayonunun Çöl Ərəb kəndində, kasıb bir ailədə anadan olmuşam. Ana görməmişəm. Bəziləri deyirlər, mən dünyaya gələndən 10 gün sonra, bəziləri deyirlər, 40 gün sonra anam rəhmətə gedib. Amma anasızlığı hiss eləməmişəm, böyük bibim anamı əvəz eləyib. Bir yaşım olanda da Böyük Vətən müharibəsində əsir düşdüyü üçün atamı həbs edib 25 il iş veriblər. Bir də 8 ildən sonra atamı buraxdılar. Haradasa 8-10 yaşım olanda atam qayıtdı. Ancaq bu illərdə atasızlığı da hiss eləmədim. Bibimin həyat yoldaşı, ailəsi, kiçik əmim - Əli əmim o illərdə mənə atalıq elədilər. Kənd uşaqları necə böyüyür, mən də elə böyüdüm. Kənddə mənə ayrıca hörmət eləyirdilər, çünki atam o kənddə barmaqla göstərilən kişilərdən biri olub. Biz adətən oxuyan adama ziyalı deyirik, amma ziyalılıq tək oxumaqla deyil ki... Atam elə bir insan idi ki, ona ziyalılığı Yaradan vermişdi. Məndə də atamın qanından, genindən keçən xüsusiyyətlərdi, qarşılıqlı ünsiyyət forması var. Efirdə də bu aydın hiss olunur. Səs öz yerində. İlahi hər seçilmiş insana bir cür nemət verir. Baxır, o nemətdən necə istifadə edirsən. Mənim səsimə oxşar səslər çoxdur. Amma səsdən istifadə eləmək tamam başqadır. Səsdəki səmimiyyət dərhal hiss olunmalıdır. İstər rəsmi material oxu, istərsə də qeyri-rəsmi material. Dinləyicilərim mənə deyirlər ki, Eldost müəllim, siz yağış yağacaq, qar yağacaq sözlərini də elə formada deyirsiniz ki, biz üşümürük…”
#tofiqbayram #evəqayıdırıq #eldostbayram #şeir #şair #ədəbiyyat #ədib #sənət #yaradıcılıq #incəsənət #kitab #yazar #yazıçı #musiqi #melodiya #lirika #şeiriyyat #bədiiqiraət #qiraət #biraddimla #biraddimlayol

Опубликовано:

 

27 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Özümüzdən danışaq - Səsin sehri | 28.01.2024
19:49
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Просмотров 5 млн
SUCAYƏT AZƏR
5:04
Просмотров 33 тыс.
2.3.21:Tofiq Bayram: "Ana dilim".
3:27
Просмотров 11 тыс.
Xəlil Rza - Davam edir 37 @KanalPoeziya
8:01
Просмотров 2,4 тыс.
Tofiq Bayram poeziyasi
19:50
Просмотров 853
Xalqın şairi Vahid Əzizlə səmimi söhbət
27:56
Просмотров 28 тыс.