Тёмный

Faydasını Biləndən sonra HƏR GECƏ 1 Stəkan İçəcəksiz! 

Demədi Demə
Подписаться 960 тыс.
Просмотров 39 тыс.
50% 1

#demədidemə #xalqtəbabəti gülxətmi
Gülxətmi çiçəyinin faydaları və zərərləri
Bağçaları və çəmənlikləri bəzəyən gülxətmi çiçəyini tanıyanlar varsa, rəylərdə yazsın. Bəli, bu gün sizə gülxətmi çiçəyindən danışacağam.
Gərgin iş rejimindən yorulanlar, qeyri-düzgün qidalanma nəticəsində ləng işləyən metabolizmalar, stressli günün sonunda şişkinlik hiss edilən mədələr, təlaşlı, istirahətsiz keçən günlərdəki kiçik yaralanmalar-bunların hamısının bir əlacı var: gülxətmi çiçəyi.
Yol kənarlarında, boş ərazilərdə, parklarda, bostanların kənarlarında rastımıza çıxan gülxətmi, sadəcə, bəzək bitkisi deyil. Şəfalı xüsusiyyəti ilə bir çox xəstəliyə dəvadır. Boyu uzun olur. Gövdəsi xəfif tüklüdür. Çiçəkləri müxtəlif rənglərdə olur: sarı, çəhrayı, bənövşəyi, zoğalı və sair. Hər çiçəyin 5 ləçəyi var. İstənilən məkanda özünə lazım olan torpağı-qumlu və humuslu torpağı tapmaqda mahirdir. Aralıq dənizi sahilləri bitkinin ana vətəni sayılır. İstini və rütubəti sevir. Tibbi məqsədlə istifadə edilən gülxətmi bitki çaylarına harmonik dad qatır. Adətən, avqust ayında çiçək açır. Havanın qəfil dəyişməsinə dözür.
Gülxətmi çiçəyinin faydaları.
Tərkibindəki minerallar sayəsində gülxətmi insan orqanizminin sağlamlığını qoruyur. Faydaları bunlardır:
 Sakitləşdirici və sağaldıcı xüsusiyyətə malikdir;
 Sidikqovucudur. Sidik yollarında yığılan toksinləri xaric edir;
 Qandurulducudur;
 Orqanizmdə yığılan artıq mayeni xaric edir. Ödəm problemlərinizi gülxətmi ilə həll edə bilərsiniz;
 Tənəffüs yollarında baş qaldıran narahatlıqlardan bu şəfalı bitki sayəsində yaxa qurtarmaq şansınız var. Uzun sürən quru öskürəyi kəsir;
 Diş əti və ağız yaralarındakı mikrobları qırır;
 Daimi ağrıyan yaralar varsa, gülxətmi çiçəyindən püre hazırlayıb nahiyəyə qoyun. Qısa müddətdə ağrılar yox olacaq;
 Enerji verir;
 Bağırsaq narahatlıqları hər bir insanda qidalanma problemləri yaradır. Bu problemlərin həllində də gülxətmi çiçəyi köməyə çatır: bağırsaqların işini nizamlayır, nəcisi yumşaldır;
 Yuxu pozğunluğu və nizamsız yuxu rejimi insanları stressə salır. Gün ərzindəki enerji ehtiyatımızı yuxuya borcluyuq. Düzgün yuxu rejimi üçün gülxətmi çayı içmək faydalıdır-yuxugətiricidir;
 İş yoldaşlarınız, qohumlarınız qrip olubsa, özünüzü evə qapatmağınıza gərək yoxdur. Gülxətmi çiçəyi dəmləyin, için. Boğazınızdakı mikrobları qıracaq, immunitetinizi möhkəmləndirəcək və siz rahatca işə gedə biləcəksiniz;
 Ürəyin və qaraciyərin sağlamlığı üçün də gülxətmi çiçəyi əlçatan vasitədir;
 Dərinizin sağlamlığı naminə də evinizdən gülxətmi çiçəyini əksik etməyin. Kəsiklər, yaralar, səpkilər zamanı effektivdir;
 Üst tənəffüs yollarında yaranan narahatlıqlar üçün gülxətmi çiçəyi əsl həll yoludur. Boğazınızdakı infeksiyaları təmizləyəcək, rahat nəfəs almağınızı təmin edəcək;
 Arıqlamaq üçün pəhriz proqramı tətbiq edirsinizsə, bu müddəti zövqlü və asan keçirə bilərsiniz. İçilən gülxətmi çayı tərkibindəki minerallar sayəsində toxluq hissi verir və insan daha az yemək yeyir;
 Qadınlarda aybaşı sancılarını azaldır;
Gülxətmi çayı necə dəmlənir?
1 ovuc quru gülxətmi çiçəyini 2 stəkan qaynar suya qatın. Qabın üstünü yun şal ilə basırın və gözləyin. 15 dəqiqə sonra içə bilərsiniz. Bu çayı gündə 2 dəfə olmaqla, öynələr arasında içmək yaxşıdır. Çalışın, ən azı, 14 gün gülxətmi çayı için. Yalnız bu cür onun faydalarından yararlana bilərsiniz.
Müntəzəm şəkildə qəbul edildiyində ürək-damar, dəri, bağırsaq və tənəffüs sistemi xəstəlikləri riskini aşağı salır, mövcud xəstəliklərə müalicəvi təsir edir. Demək mümkünsə, gülxətmi çayı təpədən dırnağa şəfa mənbəyidir. Enerjimiz azaldığında, bədənimizdə ağrı və ya yaralar olduğunda, həzm sistemində problem baş qaldırdığında gülxətmi çayı dəmləyib içmək həyat keyfiyyətimizi yaxşılaşdırır...
Gülxətmi çiçəyinin zərərləri nələrdir?
1) Hamilə və süd verən qadınlar gülxətmi çiçəyindən istifadə etməmişdən qabaq həkimlə məsləhətləşsələr, yaxşı olar;
2) Diabet xəstələrinin müntəzəm şəkildə gülxətmi çiçəyi çayı içməsi bir az təhlükəlidir. Qanda şəkərin səviyyəsini aşağı saldığından, istifadədən əvvəl endokrinoloqla danışmaq lazımdır;
3) Yaxın zamanda cərrahi əməliyyata girəcək olan insanlar da gülxətmi çayı ilə ehtiyatlı olmalıdırlar. Əməliyyatdan 15 gün əvvəldən gülxətmi çayının içilməsi dayandırılmalıdır. Qandurulducu xüsusiyyəti ilə gülxətmi əməliyyat zamanı qanaxmaya səbəb olar;

Наука

Опубликовано:

 

17 июн 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 74   
@mubarizsahbazi7025
@mubarizsahbazi7025 Месяц назад
Qoca nənələrimizin dediyinə görə mədə üçün ən faydalı dərman bitkilərindən biri qurudulmuş əvəliklə düyünü bişirərək yeməy lazımdır.
@gulickamamedova451
@gulickamamedova451 Месяц назад
Məlumat üçün çox sağ olun həyətimizdə çcx rəngləri var tumlarını yığıb əkirəm ❤
@user-wv2hn7ic6r
@user-wv2hn7ic6r Месяц назад
Gedebeyde bizde coxdu Atam isdifade eliyir Ag ciyerinde prablem variydi baska ditkide qatir Cay duzeldir icir Ciyarini yaxsi Saxliyir mualice Eliyir dermana ehdiyaci yoxdu
@bsartrsulova-fx1bb
@bsartrsulova-fx1bb Месяц назад
İLĞIM ŞİRKƏTİNDƏN DANIŞIRSIZ, XAHİŞ EDİRİK ONUN MƏHSULLARI HƏR MARKETDƏ OLSUN, XÜSUSƏN AZƏRBAYCAN RAZYANASI, İRANINKI ŞİRİN DADIR, BİZİMKİNİN EFİRİ BAŞQA DADIR, OLSUN MAĞAZALARDA!!!
@BrilliantAhmadova
@BrilliantAhmadova 29 дней назад
Qara istiotu da yaxşıdı
@rayaeminova4765
@rayaeminova4765 Месяц назад
Menim ücün nömre birdir cox faydasını körmüşem möhteşem bitkidir
@gunayismayilova8739
@gunayismayilova8739 18 дней назад
Çox sağol gözel insan
@RustemPiradov-dv3zd
@RustemPiradov-dv3zd Месяц назад
Çox sağol Allah köməyiniz olsun bizlərə məlumat verdiyimiz üçün təşəkkür edirəm Allah qorusun sizi Allah köməyiniz olsun 👐👐👐👐❤❤❤❤👍👍👍👍
@Ezize-yy1fu
@Ezize-yy1fu Месяц назад
FAYDALI VIDEODIR ÇOX SAĞOLUN
@ugurburjal7287
@ugurburjal7287 Месяц назад
Minnatdaram malumatiniz ucun
@leilaabbas9189
@leilaabbas9189 Месяц назад
Çox sağ olun çox gözəl məlumat verirsiz
@user-cu1fb9uk5s
@user-cu1fb9uk5s Месяц назад
Təşəkkür Bağımda çox bitir
@nadirkerimov-xh8gj
@nadirkerimov-xh8gj Месяц назад
Sağ olun adını eşitmişdim amma nə oldugunu bilmirdim.👍
@IsayevaSebine
@IsayevaSebine Месяц назад
Cox sağolun
@dilarheydrova3398
@dilarheydrova3398 Месяц назад
Allah razi olsun
@fsanseyidova7882
@fsanseyidova7882 Месяц назад
Faydalı məlumat üçün təşəkkür edirik
@adilnuri6791
@adilnuri6791 Месяц назад
Təşəkkürlər.... uğurlar 🌹🕋📗🤲❤️🇦🇿🇹🇷🇺🇿
@sekeriskenderli2769
@sekeriskenderli2769 26 дней назад
ƏLA. TƏŞƏKKÜRIƏR.
@narsim790
@narsim790 Месяц назад
Əhsən sizə❤
@polisiyeRomani01
@polisiyeRomani01 Месяц назад
3 minden çox insan izleyib faydalanirlar elleri gelmirki beyeneler qeribe insanlar var.
@user-qq9js5ov9g
@user-qq9js5ov9g Месяц назад
Her izleyen istifade edir?
@tamarabagiyeva5643
@tamarabagiyeva5643 Месяц назад
Super
@raminqaqa
@raminqaqa Месяц назад
Mənim böğazım əməliyat olub zobdan səsim batib nəfəsimdə problem yaranıb bogac iflici deyirlə onada faydası varmı xaiş edirəm cavab yazın
@skintofiqi1032
@skintofiqi1032 Месяц назад
Uca Allahım sizdən cox razı olsun
@dilarheydrova3398
@dilarheydrova3398 Месяц назад
Men bu bitkinin adini indi bildim. Ne gozel faydalari var, Allahın mocuzeleri saymaqla gormekle bitmir🤲🏼
@user-qp1vv7ss5u
@user-qp1vv7ss5u Месяц назад
Salam, zehmet olmasa bu bitkini rusca yazardiz
@teltelek6959
@teltelek6959 Месяц назад
Sağ ol
@TarlanDzhangirova
@TarlanDzhangirova Месяц назад
ÇOX SAĞ OLUN❤AMİN❤
@bshshdhshdjdjd3674
@bshshdhshdjdjd3674 Месяц назад
Biz Aqdamlılar buna hemen kömençi gülü deyirik. Melumatlarınız için çox saq olun...
@zulfiyyekerimova4332
@zulfiyyekerimova4332 Месяц назад
sizede can sagligi versin uca Allahın
@TT-li9ln
@TT-li9ln Месяц назад
Mana bir xirda soyuq olcaq agzimin içi yara olur dodaqlarim uçuqluyur
@errorexe1313
@errorexe1313 Месяц назад
👍👍👍❤
@furuzemenefova7109
@furuzemenefova7109 Месяц назад
Bizdə var ancağ gül kimi əkirik onu bucür faydalı olduğun bilmirdim təşəkkürlər
@samirrehimov9687
@samirrehimov9687 Месяц назад
@cemilisrafilzad7787
@cemilisrafilzad7787 Месяц назад
Salam ,mən ğülxətmi çiçəyini tanıyıram ,haggında məlumatım da var ,bronxlara, böyrəyə ,öskürəyə çox xeyirlidir ,ğülxətmi çiçəyindən dolma da bişirmək olar .
@ilhamiyyashahverdiyeva5832
@ilhamiyyashahverdiyeva5832 Месяц назад
Tewekkur edirem. Adini cox ewitmiwdim. Amma gozumun qanaginda biten ciceyin gulxetmi oldugunu bilmirdim ve but qeder cox faydasini da bilmirdim. Cox sag olun
@alirzababa8045
@alirzababa8045 Месяц назад
Bizim dağlarda sarı rənglisi var
@user-rl2dv9fe6d
@user-rl2dv9fe6d Месяц назад
Sagol Bahadur
@liyev-fb5zp
@liyev-fb5zp Месяц назад
Salam məndə yola əkmişəm gül xətmi cicəyin cox qəşəng acır
@leyleabdulova9585
@leyleabdulova9585 Месяц назад
Bizim heyrtimizde var
@elcinkerimov6025
@elcinkerimov6025 Месяц назад
MƏN..ANÇAQ ÖSRƏK . .ÜÇÜN .BİLİRDİM .AMMA ÇOX .FAYDASI .VARMIŞ . .BUNUN .ALERGİYA...OLAN .İNSAN .İÇƏ..BİLƏRMİ
@user-rw7mi2uc9s
@user-rw7mi2uc9s Месяц назад
Diz dul arvad otu haqqında məlumat verin zəhmət olmasa
@bsartrsulova-fx1bb
@bsartrsulova-fx1bb Месяц назад
NİYƏ İLĞIMIN MƏHSULLARI BÜTÜN MARKETLƏRDƏ YOXDUR, XÜSUSƏN AZƏRBAYCANIN RAZYANASI İRANINKI YOX ŞİRİN DADIR BİZİMKİNİN EFİRİ YOXDUR. MÜTLƏQ BURAXILSIN SATIŞA İLĞIM RƏHBƏRLİYİ!!!
@yasinyarov3252
@yasinyarov3252 26 дней назад
Mən tatıyıram və həyətmizdə var faydası bilmirdim
@zrismlikova9467
@zrismlikova9467 Месяц назад
Men gulu butov qurudub qişa da saxlayiram
@user-dx7fk4yd3q
@user-dx7fk4yd3q 29 дней назад
Bizde var amma buna rusgulu deyirik
@AysnurAgayeva
@AysnurAgayeva Месяц назад
Təzyiqi yüksək olanlar da istifadə edə bilər?
@fjmgwshgw1500
@fjmgwshgw1500 Месяц назад
bunun qurudulmasını bilen varmı tek çiçeyinimi qurutmaq lazımdırmı ?
@samiraliguliyev2314
@samiraliguliyev2314 Месяц назад
Yığılandan sonra qurudulmalıdı. Əks halda nəm qalır, çürüyür, Qurudulduqdan sonra sərin yerdə saxlanılmalıdı. Uşaqlar öskürəndə icirlər, xeyiri var
@user-qj2tk3vt4t
@user-qj2tk3vt4t 29 дней назад
Muncuq Kimi ipe kecir serinyerde mencerden as uzerini cunayla ort toz oturmasin
@milamk2533
@milamk2533 Месяц назад
Wooow bu chichek daha neler elemirmish😳
@dinarhaqverdiyeva5961
@dinarhaqverdiyeva5961 Месяц назад
Bütün rəngləri əhəmiyyətlidirmi
@DostvefasiNG
@DostvefasiNG Месяц назад
Salam həkim məsləhəti lazımdırmı?
@samirdavudov145
@samirdavudov145 Месяц назад
Beli Bahadur Seyidov men gormuwem o ciceyi harda vardeye onuda bilirem
@leylaturk4995
@leylaturk4995 Месяц назад
Tək çiçəyi yoxsa bütünlükdə bitkidən istifadə etmək lazımdır?
@nicathuseynov9134
@nicathuseynov9134 Месяц назад
Həə bizdə yeddi illik gül deyilir
@user-ik1wi5lx4i
@user-ik1wi5lx4i 29 дней назад
Uşaq vaxtı qabığını soyub yeyirdim kentde olanda
@user-jq6tz3xo8g
@user-jq6tz3xo8g 24 дня назад
Salam rus dilnde adi nedi deyerdizda??????
@ruhiyyehesenova9370
@ruhiyyehesenova9370 Месяц назад
Men tanıyiram ve istifade edirem.oskureyi kesir bogaz infeksiyalarini oldurur
@zrismlikova9467
@zrismlikova9467 Месяц назад
Kolgede qurudiram
@user-gs4rv4jw1c
@user-gs4rv4jw1c Месяц назад
Axşamınız xeyir rus dilində ne deyilir bu çaya bilen varsa yazsın zəhmət olmasa
@liyev-fb5zp
@liyev-fb5zp Месяц назад
İyun ayında acıb məndəki
@VesileGulieva
@VesileGulieva Месяц назад
❤❤❤👍🫶🇦🇿✋️
@pervaneselimova9456
@pervaneselimova9456 Месяц назад
Gülxətminə məkkəgülü deyilifmi?
@G54627
@G54627 Месяц назад
Xeyr Məkkə gülü başqadır.
@pervaneselimova9456
@pervaneselimova9456 Месяц назад
@@G54627 təşəkkür edifəm
@G54627
@G54627 Месяц назад
@@pervaneselimova9456 dəyməz.Məkkəgülü də çox xeyirli bitkidir.
@zbabzvqvszbabzvqvs
@zbabzvqvszbabzvqvs Месяц назад
Dünya dəyişsə də siz dəyisməyin
@zrismlikova9467
@zrismlikova9467 Месяц назад
Bunu demleyib sifete çekende her cur sepkini mualice edir
@kamalmemmedov5407
@kamalmemmedov5407 Месяц назад
Ğülxətimibitğisiösküfəkzamanıicilsəbəlgəmğətiriçixasiyətəmalikdi
@user-rw7mi2uc9s
@user-rw7mi2uc9s Месяц назад
Tanımayan varki?
@vusalemirmemmedova3224
@vusalemirmemmedova3224 Месяц назад
Ğğ
@heyatfani74
@heyatfani74 Месяц назад
Salam. ONKOLOJI XESTE BU CAYDAN ISTIFADE EDE BILERMI????
@user-ti6yu9xo2e
@user-ti6yu9xo2e Месяц назад
Deyirəmki qadınlarında bu aybaşı problemi kutarmır eyy. 😁😁😁
Далее
Gündə 2 Mixək Çeynəyin - Bir Həftədən Sonra...
12:11
Qaraciyər Yağlarını Əridən MÖCÜZƏ TOXUM
25:06
Просмотров 541 тыс.
Левитация возможна.
14:32
Просмотров 310 тыс.
“ƏT YEYƏN” XƏSTƏLİK SÜRƏTLƏ YAYILIR
10:32
How to Soldering wire in Factory ?
0:10
Просмотров 4,2 млн
Красиво, но телефон жаль
0:32
Просмотров 1,5 млн