Тёмный

İşə gecikəndə cərimə olmalıdır? || Anar Bayramov (SAT Group şirkətinin həmtəsisçisi) 

Business Talks
Подписаться 17 тыс.
Просмотров 3,1 тыс.
50% 1

İşə gecikəndə cərimə olmalıdır? Bu məsələ idarəetmədə ən çox dolaşan suallardan biridir.
Əvvəlcə deyim ki, biznes “biz” məntiqini sevir, “mən” məntiqini yox. Belə bir deyim var, “Business is “we” thing, it is not “me” thing”. Yəni sən işçilərlə bir yerdə olmalısan bütün məsələlərdə, işçiyə qarşı tərəf kimi baxmaq olmaz. İşçini cərimələmək ona qarşı tərəf kimi baxmaq deməkdir. Şirkətdə “polis rejimi” yaratmaq deməkdir. Şirkətçiliyin fəlsəfəsinə ziddir bu.
İşçini cərimələyib necə demək olar ki, biz bir yerdə filan işi görəcəyik, biz bir yerdə filan uğurlara çatacağıq və s. Necə ola bilər bu?
İşçini cərimələyəndə sən artıq tam qarşı tərəf kimi aparırsan özünü. Qanun dili ilə, məcəllə dili ilə, kağız-kuğuz dili ilə normal iş mühiti yaratmaq olmaz. Bununla normal komanda yaratmaq olmaz. İşçi işə gecikəndə cərimələyirsənsə, mənəvi olaraq haqqın çatmır işçiyə deməyə ki, bu gün bir az çox işləməliyik, bütün gecəni işləməliyik və s. “Üzün” olmayacaq bunu deməyə.
Elə bilməyin ki, mən işçinin işə gecikməsinə, az işləməsinə haqq qazandırıram. Qətiyyən. Sadəcə bunu nizamlamağın yolu cərimələmək deyil.
Elə bir mühit formalaşdırmaq lazımdır ki, işçilər anlasın gecikməyin şirkətə ziyanını. Bunun yolu ünsiyyətdir. İşçilərə izah olunmalıdır. Şirkətin strategiyası, vizyonu, dəyərləri, missiyası, MİSSİYA web saytda yazmaq üçün deyil. İşçilər şüurlu şəkildə dərk etməlidir ki, şirkət hara gedir, nə etmək istəyir, bunları etməkdə onun rolu nədir? İşçilər şüurlu şəkildə dərk etməlidir ki, bu missiyanı yerinə yetirməyin, bu işləri görməyin əhəmiyyəti nədir? Bu nəticələrə çatmaqla şirkət olaraq böyük iş görüldüyünü, hamının bu nəticələrdə payı olduğunu, həmin nəticələrin qürur mənbəyi olduğunu hamı dərk etsə, bunun arxasınca gedərlər. İşə daha tez gəlməyə can atarlar, daha çox işləmək üçün hər şey edərlər. Belə formalaşdırılır korporativ mədəniyyət. Beləcə formalaşdırılır arzuolunun, işləməli iş mühiti.
Elə mühit formalaşdırmalısan ki, hər kəs sənin şirkətində işləmək istəsin. Çox adamın arzusu olsun sənin şirkətində işləmək. Buna nail olmağın yolu işçini cərimələmək deyil. Ona sahib çıxmaq, həvəsləndirməklə şirkətin uğurlarına doğru meylləndirməkdir. Bir də işçilər aydın şəkildə anlamalıdılar ki, şirkətin inkişafı həm də onun inkişafı deməkdir. İşçinin maraqları ilə şirkətin maraqlarını tam uzlaşdırmaq lazımdır. Ona görə də karyera inkişaf planı, işəgötürmə prosesi, bonus sistemi, performans menecement sistemi - hamısı ardıcıl olmalı, şirkətin strategiyasından irəli gəlməlidir.
Yekun olaraq onu deyim ki, işçini cərimələməklə yalnız şirkətdən soyutmaq olar onları. Şirkəti səmimi olaraq sevməzlər o halda. Şirkəti sevməyən işçi başqalarına da sevdirə bilməz şirkəti. Bu qədər sadədir.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- Əlaqə: / businestalks...​
- Animasiyanı Animators ( animators.az ) şirkəti təqdim edir.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Kontent Müəllifi: Anar Bayramov (SAT Group şirkətinin həmtəsisçisi)
Səsləndirmə müəllifi : Tural Vəliyev
Animasiya müəllifi : Jalə Həsənzadə
Layihə Meneceri : Kamran Tağıyev

Опубликовано:

 

10 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 21   
Далее
İş Həyatında Dəyişim || İmran Bağırov
12:07
Просмотров 1,8 тыс.
гендер пати🩷🩵
00:21
Просмотров 126 тыс.
АХХАХАХАХАХАХАХАХ
00:16
Просмотров 185 тыс.
гендер пати🩷🩵
00:21
Просмотров 126 тыс.