Тёмный

Kərbəlayi Xaliddən Vüqar Rahinin qəzəlinə təxmis. 

Sabit Qasim
Подписаться 1,8 тыс.
Просмотров 241
50% 1

Yetməgə vəslivə bir yol fələk eşqində sənin,
Dolanır ta gecədən sübhədək eşqində sənin,
Bağrımız qanə dönüb qönçətək eşqində sənin,
" İzn ver, ey gözəl afət, ölək eşqində sənin
Dirilək, tazədən atsın ürək eşqində sənin. "
Qəmi-hicranıva ümmid ilə səbr etdik əgər,
Leyk, əhvalımız oldu günü-gündən də betər,
Nə zaman rəhm edəcəksən bizə bəs, ey güli-tər?
" Ağladıq vəslivə bəs qədri fərağında, yetər,
Ki, gərəkdir daha, ey gül, gülək eşqində sənin."
Nə rəva sən kimi gül həmdəm ola xarlərə,
Bunca laqeyd yanaşmaq dili-bimarlərə,
Yaraşırmı bu əda şiveyi-rəftarlərə?
" Nəzəri-mərhəmətin kəm deyil əğyarlərə,
Biz də bir fikrivə hərdən gələk eşqində sənin."
Sanma meydani-məhəbbətdə mübariz deyilik,
Atəşi-ahımız əflakı yaxar, köz deyilik,
Nə də dağ çapmada Fərhaddən aciz deyilik,
" Şövqi-vəslinlə coşan eşqdə bir biz deyilik,
Dağıdır aləmi, ey gül, külək eşqində sənin! "
Qalmasın hüsnüvü görcək necə heyrətdə bəşər,
Pərisən, hurimisən, yoxdu bu surətdə bəşər,
Sənə xatir yaranıb aləmi-xilqətdə bəşər,
" Müntəzir olmaya kimdir sənə taətdə bəşər?
Sən o kəssən baş əyibdir mələk eşqində sənin! "
Səbr qıldım qəminə bir gözü ac, bir gözü tox,
Səndən özgə hanı həmdərd olanım, dərdim çox,
Tiri- qəmzən yetənə atma ki, ey kipriyi ox,
" Yetən hər aşiqin, ey can, sənə bir layiqi yox,
Sənə layiqli yetişsin gərək eşqində sənin! "
Hanı fərhad, görüb dağımı bağrın dəlsin,
Hanı Məcnun görüb səbrim utansın, ölsün,
Yetirin Xalidə peyğamımı ol həm bilsin,
" Ərseyi-eşqə çağır cümlə buyursun gəlsin,
Kim olur Rahiyə nisbət görək eşqində sənin? "

Хобби

Опубликовано:

 

4 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Haci Nuhbala (Seyid Ezim Sirvani) qezelinin sherhi
20:40
When Goalkeepers Get Bored 🤯 #3
00:27
Просмотров 3,2 млн
ŞAİR TOFİQ HƏSƏNLİ
3:52
Просмотров 11 тыс.
Quıu Əsgərov - Dolanaram Başına
8:01
Просмотров 1,2 млн
Ağa Xamenei: Nə tələsəcəyik nə gecikəcəyik
41:35
Haci Nuhbala ve Haci Elimurad sohbeti.
8:26
Ağaxan Abdullayev super muğam
10:51
Просмотров 3,6 тыс.
Кухонный лайфхак!
0:18
Просмотров 2 млн